Modern.az

NATO Rusiya təyyarələrinə qarşı sərt addımlar atacaq

NATO Rusiya təyyarələrinə qarşı sərt addımlar atacaq

Dünya

29 Sentyabr 2025, 17:19

NATO alyansın hava məkanını pozan Rusiya təyyarələri və dronlarına qarşı daha sərt addımlar atmağı düşünür.

Modern.az xəbər verir ki, bu barədə “The Times” nəşri yazıb.

Son həftələr Polşa, Rumıniya, Estoniya və digər ölkələrdə insidentlər qeydə alınıb. Artıq Baltikyanı regionda hava hücumundan müdafiə freqatı və kəşfiyyat sistemləri yerləşdirilib.

Latviya Prezidenti Edqars Rinkeviçs hava patrul missiyasını tamhüquqlu hava hücumundan müdafiə əməliyyatına çevirməyi təklif edib. Bu, əlavə hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsini və güc tətbiqi həddinin aşağı salınmasını nəzərdə tutur.

ABŞ prezidenti Donald Tramp müttəfiqlərin sərhədlərini pozan təyyarələri vurmağa çağırıb və NATO-nun baş katibi Mark Rutte bu mövqeyi dəstəkləyib.

Bununla belə, alyansın bəzi üzvləri həddindən artıq eskalasiyadan qorxurlar.

Sentyabrın 10-da 20-yə yaxın rus pilotsuz təyyarəsinin Polşaya soxularaq Amerika F-35-lərinin yerləşdiyi Lask aviabazasına doğru irəliləməsi xüsusi narahatlıq doğurdu.

Whatsapp
Bizə yazın!
Keçid et
YENİ QİYMƏT - Avtobus və metroda gediş haqqı bu qədər oldu