Modern.az

Zəngəzur dəhlizi ilə bağlı müzakirələr başlayıb

Zəngəzur dəhlizi ilə bağlı müzakirələr başlayıb

Dünya

29 Sentyabr 2025, 18:20

Ermənistan və ABŞ rəsmiləri Sünik vilayətindən keçəcək 42 kilometrlik “Tramp marşrutu” (Zəngəzur dəhlizi - red.) barədə danışıqlara start veriblər.

Modern.az-ın məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan Strasburqda keçirdiyi brifinqdə bildirib ki, ABŞ nümayəndə heyəti son günlərdə İrəvana səfər edib və hökumət, eləcə də aidiyyəti qurumların təmsilçiləri ilə görüşlər keçirib.

Paşinyanın sözlərinə görə, proses zaman tələb edir və diqqətli yanaşma ilə aparılır.

O əlavə edib ki, “TRIPP layihəsi” həm ABŞ-ın, həm də digər beynəlxalq tərəfdaşların maraq dairəsində qalır.

Hazırkı mərhələdə layihələndirmə, maliyyələşdirmə və dəmir yolunun inşasının kim tərəfindən həyata keçiriləcəyi kimi məsələlər müzakirə olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
YENİ QİYMƏT - Avtobus və metroda gediş haqqı bu qədər oldu