İsrailin Baş naziri Benyamin Netanyahu Qətərin Baş naziri Məhəmməd Əbdürrəhman Al Taniyə telefonla zəng edərək Dohaya endirilmiş zərbəyə görə üzr istəyib.
Modern.az xəbər verir ki, bu barədə İsrailin 12-ci telekanalı məlumat yayıb.
Məlumata görə, Netanyahu Ağ Evdən Qətər əmirinə zəng edib. O, hazırda ABŞ Prezidenti ilə görüş keçirir.
Qeyd olunur ki, İsrailin 9 sentyabr 2025-ci ildə Qətərin paytaxtı Dohada yerləşən HƏMAS-ın qərargahına hücumu zamanı ABŞ prezidenti Donald Trampın Qəzza sektorunda atəşkəsə dair son təklifinin müzakirə edildiyi görüş keçirilib.
Məlumata görə, əsas hədəf HƏMAS liderlərindən Xəlil əl-Həyya olub. “Əl-Cəzirə” telekanalı təşkilatdakı mənbəyə istinadən bildirib ki, partlayışlar nəticəsində HƏMAS rəhbərlərindən heç kim ölməyib, lakin Xəlil əl-Həyyanın oğlu və köməkçisi daxil olmaqla beş üzvü həlak olub.
Qətərin Daxili İşlər Nazirliyi isə hücum nəticəsində bir yerli təhlükəsizlik zabitinin də öldüyünü təsdiqləyib. Netanyahu bu hadisəyə görə təəssüf ifadə edib.