Modern.az

HƏMAS bu planı qəbul etməlidir! - TRAMP

HƏMAS bu planı qəbul etməlidir! - TRAMP

Dünya

30 Sentyabr 2025, 00:33

“HƏMAS bu gün irəli sürdüyümüz planı qəbul etməlidir”.

 

Modern.az-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə mətbuat konfransı zamanı deyib. O, bildirib ki, Qəzzada müharibəni dayandırmaq və regionun yenidən qurulmasına başlamaq üçün çoxşaxəli razılaşmaya vasitəçilik etməyə çalışdığı bir vaxtda HƏMAS da sülh sazişi ilə razılaşmalıdır.

 

“Bu, bizim qarşılaşdığımızdan fərqli bir HƏMAS-dır, çünki 20 mindən çox üzvü öldürülüb. Onların rəhbərliyi üç dəfə öldürüldü. Buna görə də siz həqiqətən son 4-5 il ərzində qarşılaşdığımızdan daha fərqli insanlarla üz-üzəsiniz”,- deyə Tramp əlavə edib.

 

O, HƏMAS razılaşmanı rədd edərsə, ABŞ İsrailin Qəzzaya davam edən müdaxiləsini dəstəkləyəcəyinə işarə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
YENİ QİYMƏT - Avtobus və metroda gediş haqqı bu qədər oldu