Modern.az

“Taliban” Əfqanıstanda interneti kəsdi

“Taliban” Əfqanıstanda interneti kəsdi

Dünya

30 Sentyabr 2025, 10:28

"NetBlocks" beynəlxalq internet monitorinq xidmətinin məlumatına görə, Əfqanıstanda internet xidməti kəsilib.

Modern.az xəbər verir ki, təşkilat öz "Telegram" kanalında qeyd edib:

"Taliban hakimiyyətinin mənəviyyatı qorumaq üçün addımlar atdığı üçün Əfqanıstan hazırda internetin tam bağlanması vəziyyətindədir". pizza

Sentyabrın ortalarında "Taliban" hökuməti “əxlaqsızlığın qarşısını almaq üçün” Bəlx vilayətində fiber-optik interneti qadağan edib. Yerli administrasiyanın sözçüsü Hacı Attaullah Zaid bildirib ki, bu qərarı Taliban lideri Haybətullah Axundzadə verib.

Bu tədbir Bəlxdə dövlət qurumları, özəl sektor və yaşayış binaları üçün Wi-Fi şəbəkəsinin tamamilə kəsilməsi ilə nəticələnib, halbuki daha yavaş olan mobil internet mövcud olaraq qalır.

Kabel şəbəkəsinin bağlanması Əfqanıstanın bütün şimalına təsir edib: Bəlxdən başqa, Kunduz, Bədəxşan, Baqlan və Taxar əyalətlərinə də təsir edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün DƏHŞƏTLİ MƏNZƏRƏ - İtkiləri 1 milyonu keçdi, yaralılar isə...