Modern.az

Məktəb binası uçdu - 38 nəfər dağıntılar altında qaldı

Məktəb binası uçdu - 38 nəfər dağıntılar altında qaldı

Dünya

30 Sentyabr 2025, 20:02

İndoneziyanın Şərqi Yava əyalətinin Sidoarco rayonunda internat tipli məktəb binasının uçması nəticəsində ölənlərin sayı 3-ə çatıb.

 

Modern.az İndoneziya mediasına istinadla xəbər verir ki, Dövlət Axtarış və Xilasetmə Agentliyi sentyabrın 29-da baş verən faciə nəticəsində 80-dən çox insanın xəsarət aldığını açıqlayıb. Hazırda dağıntı altında qaldığı güman edilən 38 nəfərin xilasetmə əməliyyatı sürətlə davam edir. Əraziyə yüzlərlə xilasedici cəlb olunub. Onlar dağıntı altında qalanları oksigen və su ilə təmin edirlər.

 

Agentliyin açıqlamasında deyilir ki, hadisə baş verən binada icazəsiz bir mərtəbə inşa olunurmuş. Ehtimal edilir ki, binanın bünövrəsi buna tab gətirməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynada ƏMƏLİYYAT - Krımda Rusiyaya ağır zərbə