Modern.az

Filippində güclü zəlzələ - 26 nəfər ölüb

Filippində güclü zəlzələ - 26 nəfər ölüb

Dünya

1 Oktyabr 2025, 07:35

Filippində baş verən 6,9 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

Modern.az xəbər verir ki, bu barədə “GMA News” məlumat yayıb.

Səlahiyyətlilərin bildirdiyinə görə, San-Remicio bələdiyyəsində idman və istirahət mərkəzinin binası uçub, insanlar dağıntılar altında qalıb.

Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.

Filippin Vulkanologiya və Seysmologiya İnstitutu bildirib ki, tektonik mənşəli zəlzələ Sebu əyalətindəki Boqo şəhərindən təxminən 20 kilometr şimal-şərqdə, 5 kilometr dərinlikdə baş verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın qisas zərbəsi - Kremldən amansız hücum