Modern.az

Tramp Şimali Koreya lideri ilə görüşə hazırdır

Tramp Şimali Koreya lideri ilə görüşə hazırdır

Dünya

1 Oktyabr 2025, 08:54

ABŞ Prezidenti Donald Tramp Şimali Koreyanın dövlət başçısı Kim Çen Inla ilkin şərt olmadan danışıqlar aparmağa hazırdır.

Modern.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Ağ Ev rəsmisinə istinadla məlumat yayıb.

Xatırladıb ki, ilk səlahiyyət müddətində Tramp Şimali Koreya lideri ilə üç dəfə görüşüb və bu, yarımadada vəziyyətin sabitləşməsinə töhfə verib. Agentliyin mənbəsinin sözlərinə görə, o vaxtdan bəri ABŞ-ın Şimali Koreya ilə bağlı siyasəti dəyişməyib. “Prezident Tramp heç bir şərt qoymadan Kim Çen Inla dialoqa açıqdır”, - deyə adı açıqlanmayan rəsmi bildirib.

“Yonhap” izah edir ki, Ağ Ev ilk dəfədir Amerika Prezidentinin ilkin şərtlər tələb etmədiyinə aydınlıq gətirir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın qisas zərbəsi - Kremldən amansız hücum