Türkiyənin dəstəklədiyi silahlı qrupların Suriyanın şimalında yeni hərbi əməliyyata hazırlaşdığı barədə xəbərlər yayılıb.
Modern.az-ın məlumatına görə, yerli kanallar Türkiyəyönümlü silahlı birləşmələrə Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı hücum əmri verildiyini bildirib.
Əsas hədəfin Deyr-Hafer və Tişrin su anbarının ətrafı olduğu qeyd olunur. Artıq bölgədə ağır texnika və artilleriya yerləşdirilib, tərəflər arasında atışmalar başlayıb.
Kürd qüvvələri isə bölgəyə raket sistemləri və pilotsuz uçuş aparatları cəlb ediblər. Eyni zamanda ABŞ rəhbərliyindəki beynəlxalq koalisiya SDQ-ni dəstəkləyərək İŞİD mövqelərinə zərbələr endirib və təşkilatın iki komandiri saxlanılıb.
Bu gərginlik fonunda Suriya ordusu da mövqelərini gücləndirir. Analitiklər xəbərdarlıq edirlər ki, tərəflərin geri addım atmaması Suriyanın şimal-şərqində genişmiqyaslı qarşıdurmaya gətirib çıxara bilər.