33 yaşlı dünyaşöhrətli müğənni Selena Qomez ailə həyatı qurub.
Modern.az-ən məlumatına görə, o, 37 yaşlı musiqi prodüseri Bennie Blanko ilə evlənib.
Sənətçi bu barədə xəbəri sosial şəbəkədə paylaşdığı toy fotoları ilə elan edib. Şəkillərin müəllifi tanınmış fotoqraf Petra Kollinsdir.
Mediada yayılan məlumatlara görə, cütlük Kaliforniyanın Santa-Barbara şəhərindəki dəbdəbəli "Sea Crest Nursery" malikanəsində mərasim keçirib. Tədbirə təxminən 170 qonaq qatılıb.
Qomez mərasimdə xüsusi olaraq Ralf Lauren tərəfindən hazırlanmış, zərif naxışlarla işlənmiş ipək gəlinlik geyinib. B. Blanko isə eyni brendin klassik qara kostyumunu geyinib.