Modern.az

İsrail Qəzzaya yardım aparan gəmiləri dayandırdı - Beynəlxalq skandal - FOTOLAR

İsrail Qəzzaya yardım aparan gəmiləri dayandırdı - Beynəlxalq skandal - FOTOLAR

Dünya

2 Oktyabr 2025, 08:37

İsrail ordusu Qəzzaya humanitar yardım aparan 13 gəmini saxlayıb.

Modern.az xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyinin yayımladığı videoda məşhur iqlim fəalı Qreta Tunberqin İsrail əsgərlərinin əhatəsində olduğu təsdiqlənib.

Nazirlik bildirib ki, saxlanılanların hamısı sağlamdır və İsrail limanına aparılıb.

Təşkilatçıların sözlərinə görə, 30 gəmi hələ də istiqamətini dəyişmədən Qəzzaya doğru hərəkət edir. Hadisə beynəlxalq miqyasda ciddi etirazlara və diplomatik gərginliyə səbəb olub.

“Global Sumud Flotilla” adlanan missiya Qəzzaya dərman və ərzaq aparır. Ümumilikdə 40-dan çox mülki gəmidən və 500 nəfərdən çox siyasətçi, hüquqşünas və fəaldan ibarət heyət iştirak edir. Onlar bu missiyanın zorakılıqsız humanitar təşəbbüs olduğunu bildirirlər.

Türkiyə İsrailin müdaxiləsini “terror aktı” adlandırıb. Kolumbiya prezidenti Qustavo Petro İsrailin bütün diplomatik nümayəndələrini ölkədən çıxarmaq və sərbəst ticarət sazişini ləğv etmək barədə qərar verib. Malayziya baş naziri Anvar İbrahim İsrailin səkkiz malayziyalını saxlamasını qınayıb. İtaliyada həmrəylik olaraq ümummilli tətil elan olunub.

Rəsmi Tel-Əviv qeyd edir ki, missiyanın məqsədi humanitar yox, siyasi və təxribat xarakterlidir. Açıqlamada bildirilir ki, İsrail tərəfi dəfələrlə yardımların təhlükəsiz kanallarla Qəzzaya çatdırılmasını təklif etsə də, təşkilatçılar bundan imtina ediblər.

İsrailin Qəzzaya dəniz blokadası 2007-ci ildən davam edir. 2010-cu ildə oxşar hadisə zamanı 9 fəal həlak olmuşdu. Hazırkı münaqişə isə 7 oktyabr 2023-cü il Hamas hücumundan sonra daha da dərinləşib. O vaxtdan bəri Qəzzada 65 mindən çox insanın öldüyü bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Ermənistanın KTMT-dən çıxdığını ELAN ETDİ