Modern.az

Ukrayna Krıma hücum hazırlayır?

Ukrayna Krıma hücum hazırlayır?

Dünya

2 Oktyabr 2025, 13:18

Böyük Britaniyalı təhlükəsizlik və müdafiə analitiki Maykl Klarkın fikrincə, yaxın aylarda Ukrayna Rusiya tərəfindən işğal olunmuş Krım yarımadasına “kütləvi hücum”a cəhd edə bilər.

Modern.az xəbər verir ki, bu barədə "Sky News" nəşri yazır.

Klark bildirir ki, ayın sonlarına doğru hava soyuyacaq və yollar palçıq səbəbindən çətin vəziyyətdə olacaq, amma bu, Ukrayna Silahlı Qüvvələrinin fəallığını istisna etmir: “Ukraynalar sürpriz etməyi sevirlər, bu, nəinki döyüş xəttindəki rusiyalılara, həm də Qərbin situasiyanı qəbuluna təsir edir”.

Analitikin qənaətinə görə, mümkün əməliyyatlar zamanı Rusiyanın hava hücumundan müdafiə sistemində boşluq yaradılaraq daha əhəmiyyətli hədəflər vurula bilər. Potensial senarilər sırasında hava zərbələri və ya dəniz desant əməliyyatları da var.

Eyni zamanda "The Wall Street Journal" bildirir ki, ABŞ Ukraynaya Rusiyanın dərinliyinə zərbələr üçün kəşfiyyat məlumatları verəcək və NATO müttəfiqlərinə oxşar dəstək üçün müraciət edib. 

Mütəxəssislər belə əməliyyatların yüksək riskli olduğunu, genişmiqyaslı eskalasiyaya yol aça biləcəyini və real situasiyanın operativ kəşfiyyat, hava və dəniz şəraiti ilə ciddi bağlı olduğunu xəbərdarlıq edirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Ermənistanın KTMT-dən çıxdığını ELAN ETDİ