Modern.az

Krımla bağlı suala cavab verməyən nazir istefaya göndərildi

Krımla bağlı suala cavab verməyən nazir istefaya göndərildi

Dünya

3 Oktyabr 2025, 19:33

Litvanın mədəniyyət naziri İqnotas Adomaviçyus vəzifəyə təyin olunmasından cəmi bir həftə sonra istefa verib.

Modern.az xəbər verir ki, nazirin istefasına səbəb Krımın statusu ilə bağlı verdiyi açıqlama olub.

Adomaviçyus “lrytas.lt” portalına müsahibəsində Krım barədə suala dəqiq cavab verməkdən yayınıb, jurnalisti provokasiyada ittiham edib. Bu mövqe ölkədə ictimai narazılıq doğurub və baş nazir İnqa Ruqinene bunu “son damla” adlandırıb, naziri könüllü istefaya çağırıb.

Nazir parlamentdə keçirdiyi mətbuat konfransında bildirib ki, istefası səhvlərlə bağlı deyil, son günlər özünün və ailəsinin üzləşdiyi təzyiq və təhlükələrdən irəli gəlib:

“Mənim missiyam yerinə yetdi, mədəniyyət yenidən diqqət mərkəzinə qaldı. İndi daha vacib olan ailəmi qorumaq və hökumətin işini çətinləşdirməməkdir”.

Adomaviçyus həmkarlarına və onu dəstəkləyənlərə təşəkkür edib, gələcəkdə də “mədəniyyətlə yoluna davam edəcəyini” vurğulayıb.

Yaxın günlərdə koalisiya şurası toplanaraq yeni mədəniyyət naziri namizədliyini müzakirə edəcək.

Sizə yeni x var
Keçid et
Putin adamını Bakıya göndərir - Kreml bu dəfə nə planlayır?