Modern.az

Bolqarıstanda prezidentin bu səlahiyyəti əlindən alındı

Bolqarıstanda prezidentin bu səlahiyyəti əlindən alındı

Dünya

3 Oktyabr 2025, 19:52

Bolqarıstan parlamenti prezidentin xüsusi xidmət orqanlarının rəhbərlərini təyin etmək səlahiyyətini əlindən alıb.

Modern.az xəbər verir ki, parlament Dövlət Milli Təhlükəsizlik Agentliyinə (DANS) rəhbərin seçilmə qaydasını dəyişdirib.

İndiyə qədər agentliyin rəhbərini hökumət təqdim edir, prezident isə fərmanla təsdiqləyirdi. Yeni dəyişikliklərə əsasən, bundan sonra rəhbəri parlament hökumətin təqdimatı ilə seçəcək, dövlət başçısının fərmanı artıq tələb olunmayacaq.

Təklif hakim koalisiya tərəfindən irəli sürülüb və 120 deputatın dəstəyi ilə qəbul olunub. Dəyişikliklər hökumətlə prezident Rumen Radev arasında agentliyin yeni rəhbərinin təyin olunması ilə bağlı gərginlik fonunda baş verib.

Prezident Radev parlamentin qərarına sərt reaksiya verib, hökuməti xüsusi xidmət orqanlarını seçki manipulyasiyaları, korrupsiya cinayətlərinin gizlədilməsi və müxalifətin susdurulması üçün istifadə etməkdə ittiham edib:

“Bu, demokratiyaya vurulan zərbədir və uzunmüddətli mənfi nəticələrə gətirib çıxaracaq”, - deyə Radev bildirib.

Dövlət başçısı qanuna veto qoyub-qoymayacağı barədə açıqlama verməyib, lakin vətəndaşların reaksiyasını gözlədiyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin adamını Bakıya göndərir - Kreml bu dəfə nə planlayır?