Modern.az

Putin yaxın adamını Bakıya niyə göndərir?

Putin yaxın adamını Bakıya niyə göndərir?

Dünya

3 Oktyabr 2025, 21:42

Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana səfərə hazırlaşır. O, oktyabrın 13-14-də Bakıda səfərdə olacaq.

Modern.az-ın məlumatına görə, Overçuk Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə iştirak edəcək.

Görüşdə Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayev, İran tərəfindən isə Yol və şəhərsalma naziri Fərzane Sadiqi nümayəndə heyətlərinə rəhbərlik edəcəklər.

Üçtərəfli görüşdə nəqliyyat-logistika, energetika və gömrük məsələləri müzakirə olunacaq.

Overçukun Bakıda ikitərəfli görüşlər keçirmək istədiyi də istisna edilmir. Xatırladaq ki, onun iyun ayında Bakıya nəzərdə tutulan səfəri ləğv edilmişdi.

Qeyd edək ki, Aleksey Overçuk Rusiya hökumətinin texnokratlarından biri hesab olunur. Onun əsas rolu Rusiyanın postsovet məkanında iqtisadi inteqrasiya siyasətini aparmaqdır. Overçuk Rusiya Prezidenti Vladimir Putinin region siyasətindəki tapşırıqlarını yerinə yetirən dövlət meneceri kimi qəbul edilir.

Elnur Əmirov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin adamını Bakıya göndərir - Kreml bu dəfə nə planlayır?