Türkiyənin Kütahya vilayətinin Simav bölgəsində zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Səhər saatlarında baş verən zəlzələnin gücü 4.1 bal olub. Yeraltı təkanların 10.4 kilometr dərinlikdə baş verdiyi bildirilir.
Mütəxəssislər bölgədə afterşokların davam edəcəyini qeyd edir.