Modern.az

Gürcüstan üçün vacib gün - Bələdiyyə seçkiləri keçirilir

Gürcüstan üçün vacib gün - Bələdiyyə seçkiləri keçirilir

Dünya

4 Oktyabr 2025, 10:00

Gürcüstanda yerli özünü idarəetmə orqanlarına seçki keçirilir.

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, səsvermə prosesi axşam saat 20:00-da başa çatacaq.

Vətəndaşlar 64 dairədə bələdiyyə məclislərinin üzvlərini, həmçinin 64 şəhərin merini seçəcəklər.

Paytaxt Tbilisinin meri vəzifəsi uğrunda doqquz namizəd yarışır. Onların arasında hakim Gürcü Arzusu Partiyasından olan hazırkı mer Kaxa Kaladze də var.

Ümumilikdə 3.5 milyondan çox seçici səsvermə hüququna malikdir.

Sizə yeni x var
Keçid et
Ukraynadan şok hücum - Putinin çıxış etdiyi yeri VURDULAR!