Modern.az

Mülki azərbaycanlı Rusiyanın hücumu nəticəsində həlak oldu - FOTO

Mülki azərbaycanlı Rusiyanın hücumu nəticəsində həlak oldu - FOTO

Dünya

4 Oktyabr 2025, 11:16

Donetsk vilayətinin Konstantinovka şəhərinin azərbaycanəsilli sakini, əslən Xaçmaz şəhərindən olan, 1968-ci il təvəllüdlü Abbasov Müzəffər Sabir oğlu Rusiyanın dron zərbəsi nəticəsində həlak olub.

Modern.az xəbər verir ki, dron M.Abbasov şəxsi avtomobilində gedərkən onun üzərinə düşüb.

Onun nəşi dəfn üçün Azərbaycana göndərilib.

M.Abbasov Ukrayna vətəndaşı olub, Konstantinovkada yaşayıb.

Qeyd edək ki, Konstantinovka şəhəri hazırda aktiv döyüş əməliyyatları zonasıdır. (Mənbə: report)

1466975

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna BOMBA YAĞDIRIR - Rusiya cəhənnəm alovuna qərq oldu