Modern.az

Zəngəzur dəhlizi İran üçün yeni imkanlar yarada bilər - Cavad Zərif

Zəngəzur dəhlizi İran üçün yeni imkanlar yarada bilər - Cavad Zərif

Dünya

4 Oktyabr 2025, 12:43

"Naxçıvanı Azərbaycanın digər rayonları ilə birləşdirən yol (Zəngəzur dəhlizi - red.) İran üçün yeni imkanlar yarada bilər".

Modern.az "Azad İran"a istinadən xəbər verir ki, bunu İranın keçmiş xarici işlər naziri və sabiq vitse-prezidenti Məhəmməd Cavad Zərif bildirib.

"Bu gün vəziyyət dəyişib. Məsələn, Naxçıvanı Azərbaycanın digər rayonları ilə birləşdirən yol bizim üçün bir fürsət ola bilər. Əgər keçmişdə ilişib qalsaydıq, bunu təhdid kimi görərdik. Halbuki biz təhdidləri fürsətə çevirməyi öyrənməliyik", - deyə Zərif vurğulayıb.

O bildirib ki, keçmişin əsiri olmamaq lazımdır və İranın bir çox problemləri məhz keçmişə yönəlmiş baxışdan qaynaqlanır.

Zərif keçmiş təcrübələrin təkrarlanmasının yeni uğursuzluqlara gətirib çıxara biləcəyi barədə də xəbərdarlıq edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna BOMBA YAĞDIRIR - Rusiya cəhənnəm alovuna qərq oldu