Rusiyada tanınmış iş adamı, “kölgə milyarderi” kimi tanınan İbrahim Süleymanova qarşı ömürlük azadlıqdan məhrumetmə cəzası istənilə bilər.
Modern.az xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə Hüquq Mühafizə Mərkəzinin rəhbəri Aleksandr Xaminski açıqlama verib.
İbrahim Süleymanov 2 oktyabrda Moskvada saxlanılıb. Ona Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (“Qəsdən adam öldürmə”) üzrə ittiham irəli sürülüb. 3 oktyabrda Moskvanın Basman Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.
Rusiya mediasının məlumatına görə, iş keçmiş Federal Maliyyə Sağlamlaşdırma və Məhkəmə İdarəsinin (FСФО) rəhbəri Georgi Talın və həmkarlar ittifaqının lideri Gennadi Borisovun qətlləri ilə əlaqəlidir. Hər iki cinayət müvafiq olaraq 1999 və 2004-cü illərdə törədilib.
Süleymanov Rusiya biznes dairələrində ən nüfuzlu milyarderlərdən biri hesab olunur. O, əvvəllər dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə məhkum edilib. Mətbuatda onun Mixael Xodorkovskinin keçmiş ortağı Platon Lebedevin kürəkəni və ölkənin əsas İT infrastrukturlarından biri olan “Sirena-Travel” şirkətinin benefisiarı olduğu bildirilir.
İbrahim Süleymanov 1967-ci il mayın 29-da Dağıstan MSSR-in Rutul kəndində anadan olub. O, Rusiya vətəndaşıdır və uzun illər ərzində ölkənin maliyyə və nəqliyyat sektorlarında gizli təsir gücünə malik şəxs kimi tanınıb.
Hazırda istintaq onun digər köhnə iş əlaqələrini və mümkün sifarişçi rollarını araşdırır. Süleymanovun günahı sübuta yetiriləcəyi təqdirdə, onu ömürlük həbs cəzası gözləyir.