Modern.az

Türkiyədə fabrikdə partlayış - Ölənlər var 

Türkiyədə fabrikdə partlayış - Ölənlər var 

Dünya

4 Oktyabr 2025, 14:22

Türkiyənin Kocaeli vilayətinin Dilovası rayonunda yerləşən sənaye bölgəsindəki fabriklərin birində partlayış baş verib.

Modern.az xəbər verir ki, ilkin məlumata görə, partlayış nəticəsində 2 fəhlə həyatını itirib. Hadisə yerinə çox sayda xilasedici və təcili tibbi yardım qrupları cəlb olunub.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Kocaeli Valiliyindən bununla bağlı verilən açıqlamada qəza ilə bağlı istintaqın başlanıldığı bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə