Modern.az

HƏMAS girovları buraxmasa, onu məhv edəcəyik - İsrail

HƏMAS girovları buraxmasa, onu məhv edəcəyik - İsrail

Dünya

5 Oktyabr 2025, 17:20

İsrail HƏMAS-ın yaxın zamanda girovları azad etməyə razılıq verməyəcəyi təqdirdə, hərbi təzyiqləri artıraraq onu tamamilə məhv etməyə hazırdır.

 

Modern.az "The Times of Israel"ə istinadən xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats bildirib.

 

"İsrail Müdafiə Ordusu Qəzza şəhərinin mərkəzindədir və hadisələrin inkişafına hazırdır. Əgər HƏMAS girovları azad etməkdən imtina edərsə, Ordu atəşi yenidən gücləndirəcək", - nazir vurğulayıb.

 

Kats deyib ki, yaxın gələcəkdə ABŞ Prezidenti Donald Trampın planına uyğun olaraq bütün girovların dərhal azad edilməsi gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna BOMBA YAĞDIRIR - Rusiya cəhənnəm alovuna qərq oldu