Modern.az

Gürcüstan DTX Tbilisidə külli miqdarda silah-sursat aşkarladı

Gürcüstan DTX Tbilisidə külli miqdarda silah-sursat aşkarladı

Dünya

5 Oktyabr 2025, 19:19

Gürcüstanda külli miqdarda odlu silah, hərbi sursatlar və detonatorlu partlayıcı maddələr aşkarlanıb.

 

Modern.az xəbəri verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib.

 

Qeyd olunub ki, silah-sursat və partlayıcı maddələri Ukraynada olan hərbi hissələrdən birinin gürcü nümayəndəsinin tapşırığı ilə B.Ç. adlı Gürcüstan vətəndaşı alıb.

 

"Qeyd olunan silah-sursatların Tbilisidə oktyabrın 4-də zorakılıq yolu ilə diversiya aktlarının törədilməsi zamanı və Prezident sarayına hücum cəhdlərində istifadəsi planlaşdırılıb. Silah-sursatları Tbilisiyə çatdırmalı olan bir qrup şəxs zərərsizləşdirilib. Gizli saxlancda aşkarlanmış odlu silahlar, hərbi sursatlar və partlayıcı maddələr Tbilisi yaxınlığındakı meşədə gizlədilib. Həmçinin B.Ç adlı şəxsin göstərişinə əsasən detonator pultunu hazırlayan şəxs də müəyyən edilib. Həmin şəxs artıq Dövlət Təhlükəsizliyi Xİdmətinə gətirilib və onunla bağlı istintaq tədbirləri aparılır", - DTX-nin məlumatında deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna BOMBA YAĞDIRIR - Rusiya cəhənnəm alovuna qərq oldu