Modern.az

Daha bir ölkənin lideri Azərbaycana gəlir

Daha bir ölkənin lideri Azərbaycana gəlir

Dünya

5 Oktyabr 2025, 20:56

Özbəkistan prezidenti Şavkat Mirziyoyev oktyabrın 6-7-də Azərbaycanda işgüzar səfərdə olacaq.

Modern.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

O, oktyabrın 6-7-də Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) sammitində iştirak edəcək. 

Məlumata görə, “Regional sülh və təhlükəsizlik” mövzusu altında keçirilən görüşün gündəliyinə Təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın daha da inkişafı və dərinləşdirilməsi ilə bağlı cari məsələlər daxildir.

“Siyasi, ticarət-iqtisadi, innovasiya, investisiya, enerji, nəqliyyat-kommunikasiya, humanitar və digər prioritet sahələrdə praktiki əməkdaşlığın perspektivləri müzakirə olunacaq”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, görüşdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr liderlərinin iştirakı gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə