Fransa Prezidenti Emmanuel Makronun qərarı ilə ölkədə yeni hökumətin tərkibi açıqlanıb.
Modern.az xəbər verir ki, yeni kabinetə Baş nazir Sebastyan Lekornü rəhbərlik edəcək.
AFP agentliyinin məlumatına görə, keçmiş iqtisadiyyat naziri Bruno Le Mer yeni hökumətdə müdafiə naziri postunu tutub. İqtisadiyyat naziri vəzifəsinə indiyədək sənaye və energetika naziri olan Rolan Leskür təyin olunub.
Mövcud hökumətin bir sıra əsas fiqurları vəzifələrini qoruyub. Mədəniyyət naziri Rəşidə Dati, xarici işlər naziri Jan-Noel Barro, daxili işlər naziri Brüno Retayo və ədliyyə naziri Jeral Darmanen yeni kabinetdə də əvvəlki postlarında qalıblar.
Yeni hökumətin tərkibi Sebastyan Lekornünün Baş nazir təyin olunmasından təxminən bir ay sonra elan edilib. O, 7 oktyabrda Fransa parlamentində ümumi siyasət məsələlərinə dair proqram xarakterli çıxış edəcək.