Modern.az

Makron istefa verməlidir! 

Makron istefa verməlidir! 

Dünya

6 Oktyabr 2025, 13:12

Fransada siyasi böhran yeni mərhələyə keçib. Baş nazir Sebastyen Lekornu və onun hökuməti istefa verib. Bu qərar Lekornunun yeni kabineti formalaşdırmasından cəmi bir neçə saat sonra açıqlanıb.

Modern.az-ın məlumatına görə, son iki il ərzində Fransa Prezidenti Emmanuel Makron artıq beşinci baş nazirini itirib.

İstefadan dərhal sonra ölkədə iqtisadi gərginlik də müşahidə olunub. Fransa fond birjasında indekslər və avronun dəyəri kəskin azalıb.

Hadisə fonunda müxalifət hökumətin deyil, birbaşa prezidentin məsuliyyət daşıdığını bəyan edib.

Sağ populist “Milli Birlik” partiyasının lideri Jordan Bardella növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edib.

Radikal sol qüvvələrin koalisiyası olan “Qalib Gəlməz Fransa” hərəkatının Milli Assambleyadakı rəhbəri Matild Panot isə Makronun istefasını tələb edib:

“Lekornu da getdi. Bir il ərzində üç baş nazir devrildi. Sayğac işə düşüb, Makron getməlidir!”

Sizə yeni x var
Keçid et
Rusiyadan növbəti VƏHŞİLİK - Namaz qılanlara hücum