Modern.az

Fransanın baş naziri istefasının səbəbini açıqladı

Fransanın baş naziri istefasının səbəbini açıqladı

Dünya

6 Oktyabr 2025, 15:30

Fransanın bu gün vəsifədən gedən baş naziri Sebastian Lekornu istefasının səbəbini açıqlayıb.

Modern.az xəbər verir ki, France 24-ün məlumatına görə, Lekornu bildirib ki, istefa verməsinə səbəb vəzifədə qalması üçün şərtlərin yerinə yetirilməməsidir.

"Baş nazir kimi vəzifələrimi yerinə yetirməyim üçün şərtlər yerinə yetirilmədi", - deyə Lekornu qedy edib. Eks-baş nazir onu istefaya məcbur etdiyini bildirən fraksiyaların "partizan iştahlarını" qınayıb.

Lekornu siyasi partiyaları barışmazlıqda ittiham edib:

“Mən güzəştə getməyə hazır idim, lakin hər bir siyasi partiya digərinin öz proqramını tam şəkildə qəbul etməsini istəyirdi”.

O dolayısı ilə daxili işlər naziri Bruno Retaillonu və adlarını çəkmədən Respublikaçılar partiyasını tənqid edib.

Sizə yeni x var
Keçid et
Rusiyadan növbəti VƏHŞİLİK - Namaz qılanlara hücum