Modern.az

İstanbulda güclü yanğın

İstanbulda güclü yanğın

Dünya

6 Oktyabr 2025, 18:55

Türkiyənin İstanbul şəhərində yerləşən fabrikdə güclü yanğın baş verib.

Modern.az bu barədə İHA-ya istinadən xəbər verir.

Bildirilir ki, yanğının miqyasına görə təkcə hadisənin baş verdiyi Beylikdüzündən deyil, Avcılar, Bakırköy, Başakşehir, Hadımköy, Bağcılar və Sultanqazi rayonlarından əlavə yanğınsöndürən briqadalar yönəldilib.

İntensiv müdaxilə nəticəsində yanğını nəzarətə almaq mümkün olub.

İkimərtəbəli ağac emalı fabrikində baş verən yanğının səbəbi araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan növbəti VƏHŞİLİK - Namaz qılanlara hücum