“Forbes” jurnalı Türkiyənin ən varlı şəxslərinin siyahısını təqdim edib.
Modern.az xəbər verir ki, reytinqin zirvəsində “Yıldız Holding”in rəhbəri Murat Ülker qərarlaşıb. Onun sərvəti 5 milyard 400 milyon dollar məbləğində qiymətləndirilir.
İkinci yeri 4 milyard 500 milyon dollar sərvətlə “Kazancı Holding”in ortağı və rəhbəri Şaban Cemil Kazancı tutub.
Üçüncü sırada isə tikinti və enerji sektorunda fəaliyyət göstərən “Rönesans Holding”in təsisçisi Erman Ilıcak qərarlaşıb, onun varidatı 3 milyard dollardır.
Dördüncü pillədə 2 milyard 800 milyon dollar sərvətlə “Koç Holding”in idarəçilərindən biri olan İpek Kıraç, eyni məbləğlə beşinci yerdə isə “Enka İnşaat”ın rəhbəri Mehmet Sinan Tara yer alıb.
Siyahının altıncı sırasında 2 milyard 700 milyon dollar sərvətə malik Semahat Sevim Arsel, yeddinci pillədə “Doğuş Holding”in rəhbəri Ferit Faik Şahenk (2,6 milyard dollar), səkkizinci yerdə onun bacısı Filiz Şahenk (2,4 milyard dollar) qərarlaşıblar.
Doqquzuncu yeri “Koç Holding”in rəhbərlərindən Mustafa Rehmi Koç (2,4 milyard dollar), onuncu yeri isə “Chobani” şirkətinin qurucusu Hamdi Ulukaya (2,2 milyard dollar) tutub.
“Forbes”in məlumatına görə, Türkiyədə milyarderlərin ümumi sərvəti 2025-ci ildə artmaqda davam edib və siyahıda sənaye, qida, enerji, tikinti və texnologiya sektorları ön plandadır.