Modern.az

Ukrayna “Tomahavk” raketlərilə nə edəcək, bilmək istərdim  - Tramp

Ukrayna “Tomahavk” raketlərilə nə edəcək, bilmək istərdim  - Tramp

Dünya

7 Oktyabr 2025, 08:45

ABŞ prezidenti Donald Tramp deyib ki, o, Amerikanın “Tomahavk” raketlərinin Ukraynaya çatdırılmasına razılıq verməzdən əvvəl Kiyevin onlarla nə etməyi planlaşdırdığını bilmək istəyir.

Modern.az xəbər verir ki, bu barərə Reuters-in məlumatında bildirilib.

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-dan “Tomahavk” raketlərini Avropa ölkələrinə satmağı, sonra isə onları Ukraynaya göndərməyi xahiş edib.

“Tomahavk” raketləri 2500 km mənzilə malikdir və Kiyev onları alacağı təqdirdə bu, Rusiyanı Ukraynanın arsenalına daxil edəcək.

Ağ Evdə jurnalistlərin Ukraynaya “Tomahavk” raketlərinin tədarükü ilə bağlı qərar verib-vermədiyini soruşduqda, Tramp bunu istisna etməyib və məsələ ilə bağlı “bir növ qərar verdiyini” deyib.

"Düşünürəm ki, onlarla nə edəcəklərini öyrənməliyəm", - o deyib.

"Onları hara tuşlayacaqlar? Güman edirəm ki, bu sualı verməliyəm. Mən daha bir neçə sual verərdim. Bu müharibəni qızışdırmaq fikrində deyiləm".

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Ukraynaya “Tomahavk” raketləri verməsinin Moskva ilə Vaşinqton arasında münasibətləri pozacağını bildirmişdi.

Sizə yeni x var
Keçid et
Rusiyadan növbəti VƏHŞİLİK - Namaz qılanlara hücum