İki gün öncə Fransanın müdafiə naziri vəzifəsinə təyin edilən keçmiş iqtisadiyyat və maliyyə Naziri Bruno Le Mair də istefa verib. Moden.az xəbər verir ki, o, təyinatı müxalifət tərəfindən tənqid olunduqdan və baş nazir Sebastian Lekornu istefa verdikdən sonra bu addımı atıb.
“Qərarımın bəzi insanlar tərəfindən anlaşılmaz və qeyri-mütənasib reaksiya doğurduğunu etiraf edirəm” deyən nazir X-də yazıb. O əlavə edib ki, müdafiə naziri vəzifəsini Fransaya xidmət üçün qəbul etmişdi.
"Bu halları nəzərə alaraq, mən bu gün səhər respublika prezidentinə hökumətdən dərhal istefa verdiyimi və səlahiyyətlərimi Baş nazirə verməyi təklif etdim. Prezident mənim təklifimi qəbul etdi", - o əlavə edib.
Le Mair ümid etdiyini bildirib ki, onun istefası yeni hökumətlə bağlı etirazların qarşısının alınmasına kömək edəcək.
Fransanın baş naziri Sebastian Lekornu 18 yerdən 13-nün əvvəlki kabinet üzvlərinə verildiyi yeni hökumətin elanının ertəsi günü müxalifətin tənqidləri fonunda istefa ərizəsini prezident Emmanuel Makrona təqdim edib. Bir çoxlarının ölkənin hazırkı iqtisadi çətinliklərində günahkar saydığı keçmiş iqtisadiyyat və maliyyə naziri Bruno Le Mairin Silahlı Qüvvələr naziri təyin edilməsi xüsusi tənqidlərə səbəb olub. Müxalifət partiyalarının liderləri hökumətin istefasını, bəziləri isə parlamentin buraxılmasını və Makronun istefasını tələb ediblər.