İran prezidenti Məsud Pezeşkian ölkənin Ticarət Palatasının üzvləri ilə görüşüb.
Modern.az xəbər verir ki, prezident Pezeşkian açıqlamasında “Qonşu ölkələrlə iqtisadi əlaqələrimiz yaxşı inkişaf edir” deyib.
“Hazırda regional, Avrasiya, BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) üzvləri ilə yaxşı münasibətlərimiz var”, - prezident vurğulayıb.
Hökumətin iqtisadi sabitlik yaratmaq səylərinə diqqət çəkən Pezeşkian, "İqtisadi problemləri həll etmək üçün möhkəm dayanacağıq" deyib.
Prezident Pezeşkian özəl sektorun əhəmiyyətini də vurğulaıb: "Özəl sektorun iqtisadi islahatlara yardımını alqışlayırıq”.