Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Modern.az bu barədə TRT kanalına istinadən xəbər verir.
Ərdoğan Putini ad günü münasibətilə təbrik edib.
Telefon danışığı zamanı Türkiyə və Rusiya arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə edilib.