Düşənbədə keçiriləcək MDB sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş baş tuta bilər.
Modern.az xəbər verir ki, bu barədə Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.
O bildirib ki, belə tədbirlər zamanı liderlər arasında müxtəlif formatlarda görüşlər adətən keçirilir:
“Adətən bu cür tədbirlər zamanı ikitərəfli görüşlər olur. Bəziləri əvvəlcədən razılaşdırılır, bəziləri isə sammit zamanı spontan şəkildə baş tutur. Bu, bütün sammitlərin işinin mühüm hissəsidir,” – deyə Uşakov vurğulayıb.
Jurnalistlərin “Azərbaycan Prezidenti İlham Əliyevlə görüş planlaşdırılırmı?” sualına cavabında o, bu ehtimalı istisna etməyib:
“Əliyevlə, məsələn, niyə olmasın?” – deyə Kremlin rəsmisi bildirib.
MDB dövlət başçılarının növbəti zirvə toplantısı oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək. Sammitdə regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və inteqrasiya məsələləri müzakirə olunacaq.