Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Qəbələdən paylaşım edib.
Modern.az xəbər verir ki, nazir “X” sosial şəbəkəsində yayımladığı paylaşımda Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə birgə fotosunu yerləşdirib.
Paylaşımda Uraloğlu bu sözləri yazıb: “Bu fotoda diplomatiya yox, qardaşlıq var".
Qeyd edək ki, Uraloğlu Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının sammiti çərçivəsində Azərbaycanda səfərdədir.