Modern.az

Ümrəyə getmək asanlaşır

Ümrəyə getmək asanlaşır

Dünya

7 Oktyabr 2025, 21:39

Səudiyyə Ərəbistanına vizası olan bütün müsəlmanlar Ümrə ibadətini yerinə yetirə biləcək.

Modern.az xəbər verir ki, bu barədə ölkənin Həcc və Ümrə Nazirliyi “X” platformasında məlumat verilib.

Məlumatda qeyd olunur ki, bundan sonra turist, iş, tranzit, şəxsi və ailəvi ziyarət vizaları da daxil olmaqla, bütün giriş vizası sahibləri Ümrə mərasimlərini icra edə biləcəklər.

O da qeyd edilib ki, qərarın məqsədi zəvvarlar üçün ibadət və səyahət prosedurlarını sadələşdirmək, xidmətləri daha əlçatan etmək və “Vision 2030” strategiyasına uyğun olaraq dini turizmin inkişafına töhfə verməkdir.

Artıq Ümrə vizasını “Nusuk Umrah” adlı rəqəmsal platforma vasitəsilə onlayn şəkildə almaq mümkündür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türk liderlərlə görüşdə Prezidentdən KRİTİK ÇAĞIRIŞ - Hazır olun!