Danimarkanın baş naziri Mette Frederiksen çərşənbə axşamı parlamentdə çıxış edərək, hökumətin 15 yaşdan kiçik uşaqlar və yeniyetmələr üçün "bəzi sosial medianı" qadağan etmək niyyətini açıqlayıb.
Modern.az xəbər verir ki, müraciətində Frederiksen bildirib ki, Danimarkada sosial media məhdudiyyətləri 15 yaşa qədər olmalıdır.
"Mobil telefonlar və sosial media uşaqlarımızın uşaqlığını oğurlayır", - Danimarka baş naziri deyib.
O, hansı sosial media platformalarını nəzərdə tutduğunu və ya qadağanın praktikada necə işləyəcəyini açıqlamayıb.
Sosial media üçün yaş məhdudiyyətləri ilə bağlı müvafiq qanun layihəsi Danimarka hökumətinin növbəti parlament ili üçün qanunvericilik proqramına daxil edilməyib. Bu, onun 2026-cı il noyabrın 1-dən əvvəl keçirilməsi planlaşdırılan növbəti seçkilərə qədər keçmək şansını azaldır.