Modern.az

Türkiyədə məşhurlar saxlanıldı : Hadisə, İrem Derici, Dilan Polat - TAM SİYAHI

Türkiyədə məşhurlar saxlanıldı : Hadisə, İrem Derici, Dilan Polat - TAM SİYAHI

Dünya

8 Oktyabr 2025, 10:00

Türkiyədə 19 məşhur barəsində narkotik ittihamı üzrə saxlanılma qərarı verilib.

Modern.az bu barədə TRT kanalına istinadən xəbər verir.

Məlumata görə, İstanbul Respublika Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər İstintaq Bürosu tərəfindən aparılan araşdırma çərçivəsində narkotik və ya stimullaşdırıcı maddədən istifadə cinayəti üzrə bir çox şəxslərə qarşı əməliyyat keçirilib ki, onların arasında bir çox tanınmış simalar da yer alıb.

Əməliyyat zamanı Dilan Polat, Engin Polat, İrem Derici, Kubilay Aka, Kaan Yıldırım, Hadise Açıkgöz, Berrak Tüzünataç, Duygu Özaslan Mutaf, Demet Evgar Babataş, Zeynep Meriç Aral Keskin, Özge Özpirinçci, Mert Yazıcıoğlu, Feyza Altun, Derin Talu, Deren Talu, Ziynet Sali, Birce Akalay, Metin Akdülger ve Ceren Moray Orcan ifadələrinin alınması və qan nümunələrinin götürülməsi üçün İstanbul İl Jandarma Komandanlığına aparılıb.

Prokurorluqdakı mənbələr bildiriblər ki, istintaq çoxşaxəli şəkildə davam etdirilir.

***

09:34

Türkiyədə bir qrup tanınmış müğənni narkotik maddələrin təşviqi səbəbindən saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə "A Haber" məlumat yayıb.

Bildirilib ki, İstanbul Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İrem Derici, Simge Sağın, eləcə də Engin Polat və Dilan Polat cütlüyü saxlanılıb.

Onların saxlanılma səbəbinin narkotik vasitələrin istifadəsinə təşviq etmək olduğu bildirilir.

Ümumilikdə 19 nəfərin saxlanıldığı, onların arasında Hadise Açıkgöz, İrem Derici, Kubilay Aka, Kaan Yıldırım, Berrak Tüzünataç, Demet Evgar Babataş, Duygu Özaslan Mutaf, Zeynep Meriç Aral Keskin, Özge Özpirinçci, Mert Yazıcıoğlu kimi adların da yer aldığı qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan DƏHŞƏTLİ HÜCUM - Rus ordusu xeyli itki verdi