Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) direktoru İbrahim Kalın bu gün Qəzza üçün Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək atəşkəs danışıqlarında iştirak edəcək.
Modern.az xəbər verir ki, bu barədə mediaya təhlükəsizlik mənbələrindən məlumat verilib.
Bugünkü danışıqlardan əvvəl İbrahim Kalın ABŞ, Misir, Qətər və HƏMAS rəsmiləri ilə ikitərəfli görüşlər keçirib.
Ötən həftə Dohada keçirilən danışıqlardan sonra Misirdə dolayı danışıqlar prosesi başlayıb.
MİT direktoru Kalının qatılacağı danışıqların prioritetləri arasında Qəzzada atəşkəsin yaradılması, girov/əsir mübadiləsinin aparılması və humanitar yardımların çatdırılması yer alır.