Modern.az

HƏMAS atəşkəs üçün bir neçə şərt irəli sürdü

HƏMAS atəşkəs üçün bir neçə şərt irəli sürdü

Dünya

8 Oktyabr 2025, 10:26

Hazırda Misirdə İsraillə dolayı danışıqlar aparan Fələstinin HƏMAS hərəkatı ABŞ prezidenti Donald Trampın planı əsasında Qəzza zolağında müharibəyə son qoymaq üçün razılığa gəlməyə hazır olduğunu bəyan edib, lakin İsrail qoşunlarının dərhal və tamamilə çıxarılması da daxil olmaqla, bir sıra şərtlər irəli sürüb.

Modern.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

Oktyabrın 8-də amerikalı vasitəçilər, həmçinin Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani Misirdəki dolayı danışıqlara qatılacağı üçün müzakirələrin intensivləşəcəyi gözlənilir.

Bu danışıqlarda Vaşinqtonu ABŞ-ın xüsusi nümayəndəsi Siv Vitkoff və Trampın kürəkəni Jared Kuşner təmsil edəcək.

İsrailin sentyabrda Qətərə endirdiyi hava hücumları ilə sui-qəsdi təşkil edən HƏMAS-ın baş müzakirəçisi Xəlil əl-Həya Misir dövlət televiziyası “Al Qahera News”a bildirib ki, onlar “ciddi və məsuliyyətli danışıqlar aparmaq” üçün gəliblər.

Əl-Haya bəyan edib ki, HƏMAS razılığa gəlməyə hazırdır, lakin hərəkatın müharibənin bitəcəyinə və bir daha təkrarlanmayacağına dair zəmanətə ehtiyacı var.

O əlavə edib ki, HƏMAS hərtərəfli atəşkəs və hər iki tərəfdən bütün girov və əsirləri  əhatə edən tam mübadiləyə nail olmaq istəyir.
 

HƏMAS sözçüsü Fauzi Barhum televiziya ilə çıxışında bildirib ki, razılaşma müharibənin sona çatmasına və İsrailin Qəzzadan tamamilə çıxarılmasına zəmanət verməlidir, bunlar isə İsrailin heç vaxt qəbul etmədiyi şərtlərdir.

İsrail öz növbəsində HƏMAS-ın tərksilah edilməsini tələb edir, qarşı tərəf isə bu tələbi rədd edir. Barhum əlavə edib ki, Fələstinin milli texnokrat hakimiyyətinin nəzarəti altında Qəzza zolağında hərtərəfli yenidənqurma prosesi dərhal başlamalıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan DƏHŞƏTLİ HÜCUM - Rus ordusu xeyli itki verdi