Modern.az

Avropanın ən çalışqan xalqları

Avropanın ən çalışqan xalqları

Dünya

8 Oktyabr 2025, 17:00

Avropada ən uzun iş həftəsinə malik ölkələrin adları açıqlanıb.

Modern.az xəbər verir ki, Avrostatın 2025-ci ilin ikinci rübünə dair məlumatlarına əsasən, qitədə ən çox işləyənlər Türkiyə, Serbiya və Monteneqro sakinləridir.

Reytinqə görə, Türkiyədə orta iş həftəsi 44,1 saat təşkil edir. Onu Monteneqro (43,1 saat) və Serbiya (41,8 saat) izləyir. İlk beşlikdə həmçinin Bosniya və Herseqovina (41,3 saat) və Yunanıstan (41 saat) yer alıb.

Ən qısa iş həftəsi olan ölkələr sırasında isə Niderland (31,5 saat) birinci yerdədir. Ardınca Böyük Britaniya (31,9 saat), Danimarka (33,7 saat), Norveç (34,6 saat) və Almaniya (34,7 saat) gəlir.

Məlumatda bildirilir ki, İsveçrə, İrlandiya və Avstriyada orta göstərici eynidir – 35,8 saat.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan VƏHŞİLİK - Azərbaycanlılar Moskva hava limanında saxlanıldı