Modern.az

Tramp Çikaqonu “işğal edəcək”?

Tramp Çikaqonu “işğal edəcək”?

Dünya

8 Oktyabr 2025, 17:23

ABŞ Prezidenti Donald Tramp ölkə gündəmini silkələyən yeni açıqlamalarla çıxış edib.

Modern.az-ın məlumatına görə, o, İllinoys ştatının qubernatoru Cey Bi Pritsker və Çikaqo meri Brendon Consonun həbsini tələb edib.

Bununla yanaşı, Tramp administrasiyası Çikaqoya hərbi qüvvələrin göndərilməsinə hazırlaşır.

"Reuters" bildirir ki, ABŞ rəhbəri Çikaqo və İllinoys rəhbərliyini immiqrasiya məmurlarını qorumaqda aciz olduğunu bildirib. O, sosial şəbəkədə yazıb: “Çikaqo meri ICE zabitlərini qorumadığına görə həbs olunmalıdır! Qubernator Pritsker də!”

Məlumatlara görə, yüzlərlə Texas Milli Qvardiya hərbçisi artıq Çikaqo ətrafındakı hərbi bazada toplaşıb. Bu addım həm ştat rəhbərliyi, həm də şəhər meri tərəfindən sərt tənqid olunub. Onların sözlərinə görə, Tramp “qanunsuzluğu bəhanə edərək şəhərləri hərbiləşdirməyə çalışır”.

Tramp isə bildirib ki, məqsədi “Amerikada cinayəti dayandırmaqdır”. O, eyni zamanda, Milli Qvardiyanın Los-Anceles, Vaşinqton və Portlendə yerləşdirilməsini də müdafiə edib və bu şəhərləri “ordunun təlim meydanları” adlandırıb.

"Reuters/Ipsos" sorğusu göstərib ki, amerikalıların əksəriyyəti xarici təhlükə olmadan ordunun şəhərlərə yeridilməsinə qarşıdır.

Ekspertlərin fikrincə, Trampın bu addımı seçkiqabağı siyasi gediş sayıla bilər. Çünki son aylarda ölkədə cinayət göstəriciləri azalmaqdadır və etirazlar əsasən sülh xarakteri daşıyır.

İllinoys qubernatoru Pritsker isə prezidentin addımlarını “zorakılığı qızışdırmaq və hərbiləşməni legitimləşdirmək cəhdi” adlandırıb. Dövlət artıq bu qərarın qarşısını almaq üçün məhkəməyə müraciət edib.

Hazırda federal məhkəmə Çikaqoya qoşun göndərilməsini müvəqqəti olaraq qanuni sayıb, lakin Portlend üçün eyni qərar bloklanıb.

Tramp administrasiyası isə “üsyan əleyhinə qanun”u (Insurrection Act) tətbiq etməklə istənilən məhkəmə qərarını yan keçə biləcəyini bəyan edib. Sözügedən qanun sonuncu dəfə 1992-ci ildə Los-Anceles iğtişaşları zamanı qüvvəyə minmişdi.

Beləliklə, ABŞ-da siyasi qarşıdurma daha da dərinləşir, bir tərəfdə ordunu şəhərlərə göndərmək istəyən prezident, digər tərəfdə isə bu addımı “demokratik qaydaların pozulması” kimi dəyərləndirən ştat rəhbərləri dayanır.

Müşahidəçilər xəbərdarlıq edirlər ki, Trampın “Çikaqonu qaydaya salmaq” planı faktiki olaraq ölkə daxilində yeni bir böhranın başlanğıcı ola bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan VƏHŞİLİK - Azərbaycanlılar Moskva hava limanında saxlanıldı