Modern.az

Erməni deputatlar İstanbula gedir

Erməni deputatlar İstanbula gedir

Dünya

9 Oktyabr 2025, 13:08

Ermənistan Milli Məclisinin deputatları İstanbulda keçiriləcək ATƏT Parlament Assambleyasının sessiyasında iştirak edəcəklər.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın yerli KİV-ləri məlumat yayıb.

Parlamentin nümayəndə heyətinə Xarici əlaqələr komissiyasının sədri Sarqis Xandanyan, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur hovanisyan, eləcə də fraksiyanın üzvləri Mariya Karapetyan və Lilit Minasyan daxildir.

Sessiyanın 16–20 oktyabr tarixlərində keçirilməsi planlaşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Kritik GÖRÜŞ BAŞLADI - Putin bir daha Əliyevdən üzr istədi