Modern.az

Hindistan Rusiya neftinin 1 barelini 2,5 dollara alacaq

Hindistan Rusiya neftinin 1 barelini 2,5 dollara alacaq

Dünya

9 Oktyabr 2025, 13:16

Avropa İttifaqının və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdikləri yeni sanksiyalar paketindən sonra Rusiya Hindistana satdığı “Urals” markalı neftin qiymətində əhəmiyyətli güzəşt edib.

Modern.az “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, noyabr ayı üçün daxil olan sifarişlərdə Hindistan Rusiya neftinin 1 barelini 2,5 dollara alacaq.

Rəsmi Vaşinqtonun ABŞ-a idxal edilən Hindistan mallarına 50 faiz rüsum tətbiq etməsinə baxmayaraq ucuz neft Hindistanın neftayırma zavodlarını daha çox cəlb edir. “Kpler LTD” konsaltiq şirkətinin hesablamasına görə, noyabr ayında Hindistan Rusiyadan neft idxalını artıraraq sutkada 1,7 milyon barelə çatdıracaq ki, bu da sentyabrdakı idxaldan 6 faiz çoxdur.

Agentlik onu da qeyd edib ki, Hindistan Yaxın Şərqdən və Afrika ölkələrindən də neft almaq üçün məsləhətləşmələr aparır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Kritik GÖRÜŞ BAŞLADI - Putin bir daha Əliyevdən üzr istədi