Modern.az

Makronun impiçment olunması təklifi rədd edildi

Makronun impiçment olunması təklifi rədd edildi

Dünya

9 Oktyabr 2025, 16:50

Fransa Milli Assambleyasının Bürosu müxalifət partiyasının prezident Emmanuel Makronun impiçment prosesinin başlaması təşəbbüsünü rədd edib.

Modern.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Təşəbbüsü 577 deputatdan 104-ü dəstəkləyib. Büro sadəcə olaraq bildirib ki, bu təşəbbüsün müzakirəsi üçün heç bir əsas yoxdur.

Fransa Konstitusiyasının 68-ci maddəsinə əsasən, prezidentə qarşı impiçment prosesinə başlamazdan əvvəl ilk olaraq 58 deputatın imzası toplanmalıdır.

Daha əvvəl də oxşar təşəbbüslər edilmiş, lakin rədd cavabı verilmişdi. Bu dəfə “Yeni Xalq Cəbhəsi” və “Milli Birlik”dən başqa bütün parlament fraksiyaları bunun əleyhinə idi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Kritik GÖRÜŞ BAŞLADI - Putin bir daha Əliyevdən üzr istədi