Modern.az

Qəzzada müharibə başa çatdı: döyüşlər dayandırıldı

Qəzzada müharibə başa çatdı: döyüşlər dayandırıldı

Dünya

9 Oktyabr 2025, 22:22

HƏMAS-ın rəhbəri Xalil əl-Həyya televiziya ilə yayımlanan çıxışında Qəzza zolağında müharibənin başa çatdığını və daimi atəşkəsin başladığını elan edib.

“HƏMAS bu gün müharibənin sonunu və daimi atəşkəsin başlanmasını bəyan edir”, – deyə əl-Həyya bildirib.

Onun sözlərinə görə, əldə olunan razılaşma çərçivəsində Rəfah sərhəd-keçid məntəqəsi hər iki istiqamətdə açılacaq, İsrail isə bütün qadın və azyaşlı fələstinli məhbusları azad edəcək.

Modern.az-ın məlumatına görə, Əl-Həyya əlavə edib ki, ABŞ, ərəb ölkələri və Türkiyə HƏMAS-a Qəzzəyə qarşı müharibənin birdəfəlik dayandırılacağına dair təminat veriblər.

Qeyd edək ki, bu bəyanat ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunan Qəzzə atəşkəsi sazişinin imzalanmasından sonra səslənib. Razılaşma İsrailin qismən geri çəkilməsini və girov–məhbus mübadiləsini də nəzərdə tutur.

İsrail tərəfi bildirir ki, girovların azad edilməsi bazar və ya bazar ertəsi baş tutacaq. Hazırda baş nazir Benyamin Netanyahu təhlükəsizlik kabineti ilə birgə sazişin ratifikasiyasını müzakirə edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Kritik GÖRÜŞ BAŞLADI - Putin bir daha Əliyevdən üzr istədi