İsrailin ultra-sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzzəda atəşkəs sazişinə qarşı çıxıb.
Modern.az xəbər verir ki, o, Baş nazir Banyamin Netanyahu hökumətini təhdid edib.
“Əgər HƏMAS hökuməti dağıdılmayacaqsa, yaxud bizə yalnız formal olaraq dağıdıldığı deyiləcək, amma əslində başqa ad altında fəaliyyətini davam etdirəcəksə "Yəhudi Gücü" partiyası Netanyahu hökumətini dağıdacaq", - o qeyd edib.
Nazir, həmçinin bildirib ki, partiyası ABŞ-ın vasitəçiliyi ilə əldə olunan və HƏMAS-la daimi atəşkəsi nəzərdə tutan sazişə qarşı səs verəcək.