Modern.az

Trampdan Nobel mükafatı ilə bağlı açıqlama

Trampdan Nobel mükafatı ilə bağlı açıqlama

Dünya

10 Oktyabr 2025, 00:17

“Mən 7 münaqişə ilə bağlı saziş əldə etdim və İsrail-HƏMAS sazişi sayca 8-cidir”.

Modern.az-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp finlandiyalı həmkarı Aleksandr Stubb ilə görüş zamanı sabah Nobel Sülh Mükafatını qazanmaq şansı ilə bağlı jurnalistlərin suallarına cavabında deyib. O, indi hədəfinin Rusiya-Ukrayna müharibəsinin həlli olduğuna işarə edib.

“Düşünürəm ki, biz də bunu edəcəyik. Bunu etmək üçün səbəblərimiz çoxdur və düşünürəm ki, onlar tezliklə masaya gələcəklər. Mükafatla bağlı onların necə qərar verəcəyini bilmirəm. Onlar nə etməlidirlərsə, edəcəklər. Mən bunu çox sayda insanın həyatını xilas etdiyim üçün etmişəm”,- deyə Tramp əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Kritik GÖRÜŞ BAŞLADI - Putin bir daha Əliyevdən üzr istədi