Modern.az

Kiyevə kütləvi hava hücumu - Dağıntılar və xəsarət alanlar var

Kiyevə kütləvi hava hücumu - Dağıntılar və xəsarət alanlar var

Dünya

10 Oktyabr 2025, 08:15

Rusiya ordusu gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyev şəhərinə kütləvi hava hücumu edib.

Modern.az xəbər verir ki, Kiyevdə güclü partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemi aktiv işə düşüb. Çoxkombinasiyalı hava hücumundan zərbə dronları və müxtəlif tipli raketlərdən, o cümlədən ballistik raketlərdən istifadə olunub, dağıntılar qeydə alınıb.

Kiyev şəhər meri Vitali Kliçko “Telegram” səhifəsində yazıb ki, kütləvi hava hücumu zamanı 9 nəfər yaralanıb, onlardan 5-i xəstəxanaya yerləşdirilib.

Merin sözlərinə görə, kritik infrastruktura edilən hava hücumlərı nəticəsində şəhərin sol sahili elektriksiz qalıb. Su təchizatında da problemlər var.

Peçerski rayonunda PUA qalıqları çoxmərtəbəli yaşayış binasına düşüb. Bir neçə mərtəbədəki mənzillər yanıb. Yanğın söndürülüb.

Hava hücumu 5 saata yaxın davam edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin Paşinyanla mübahisə etdi