Modern.az

99 yaşınadək prezident qalacaq

99 yaşınadək prezident qalacaq

Dünya

10 Oktyabr 2025, 14:26

Bazar günü Kamerunda prezident seçkiləri keçiriləcək.

Seçkilərdə əsas favorit kimi hazırkı dövlət başçısı, 1982-ci ildən hakimiyyətdə olan Pol Biya göstərilir.

Modern.az xəbər verir ki, məlumatı “Kommersant” yayıb.

Əgər 92 yaşlı Biya növbəti dəfə çoxluq səsi qazanarsa, bu onun hakimiyyətdə qalmasının səkkizinci dövrü olacaq. Kamerun qanunvericiliyinə əsasən, prezidentin yeni mandatı 7 il müddətinə nəzərdə tutulur. Bu isə Biyanın ən azı 99 yaşınadək vəzifədə qalması deməkdir.

Pol Biya hazırda dünyanın ən yaşlı dövlət başçısı sayılır. O, 1982-ci ildən bəri fasiləsiz şəkildə Kamerunu idarə edir. 40 ildən çoxdur hakimiyyətdə olan lider hər seçkidə 70–80 faiz səs toplayaraq qalib gəlib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin Paşinyanla mübahisə etdi